Mövqelərimiz 30 dəfə atəşə tutulub - Müdafiə Nazirliyi

7 Aprel 2024 08:20 Hadisə 648
Mövqelərimiz 30 dəfə atəşə tutulub - Müdafiə Nazirliyi

Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub”, - məlumatda bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!