
“Fənərbaxça” və “Zenit” arasında xeyriyyə məqsədi ilə yoldaşlıq görüşü keçirilib.
Sportinfo.az xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda oynanılan matçda 2:2 hesabı ilə başa çatıb.
Birinci hissənin sonunda Şükrü Saracoğlu stadionunun tribunalarında türkiyəli azarkeşlərlə rusiyalı fanatlar arasında münaqişə baş verib.
Qonaqlar “Rusiya! Rusiya!” qırqırmağa başlayıblar ki, bu da yerli futbol həvəskarlarını qıcıqlandırıb.
Vəziyyətə polis müdaxilə etməli olub. Sankt-Peterburq klubunun azarkeşləri sonda polisin müşayiəti altında tribunaların altındakı əraziyə aparılıblar.
Bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən zərər çəkənlərə yardıma yönəldiləcək.
“Fənərbaxça” – “Zenit” 2:2
Qollar: Mert Yandaş 7, Bora Aydınlık 69 - Malkom 21 (p), Klaudinyo 42