"Bu klubu üç dəfə bataqlıqdan çıxarmışam, yaxşı məşqçiyəm"

8 Fevral 2023 14:20 Hadisə 552
"Bu klubu üç dəfə bataqlıqdan çıxarmışam, yaxşı məşqçiyəm"

"Ximki"nin sabiq baş məşqçisi, komandadan qalmaqalla ayrılan Sergey Yuran "Матч ТВ" telekanlına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis azərbaycanlı iş adamı Tufan Sadıqovun rəhbərlik etdiyi "Ximki"dəki işindən danışıb.

Bununla yanaşı, Yuran özünü yaxşı mütəxəssis hesab edib-etmədiyi ilə bağlı verilən sualı cavablandırıb:

"Özüm haqqında danışmaq mənim üçün çətindir. Yaxşı və ya pis məşqçi olduğunu nəticələr göstərir.

İkinci liqanın qalibi oldum, lap aşağıdan başlamışam. Yuri Syomin, Valeri Qazzayev, Oleq Romantsevlə söhbətimiz oldu, onlar dedilər ki, iki ayaq üstündə mümkün qədər möhkəm dayanmaq üçün aşağıdan başlamaq lazımdır.

Mən də bu cür etdim. "Ximki" və "Şinnik" mənim rəhbərliyim altında birinci diviziondan yüksək liqaya vəsiqə qazandı. "Ximki" ilə Rusiya kubokunun finalında mübarizə apardıq.

Üç dəfə "Ximki"ni bataqlıqdan çıxarmışam. Nəticələr varsa, demək ki, yaxşı məşqçiyəm. Tez bir zamanda işə qayıtmaq istəyirəm. Onsuz çox çətindir".

53 yaşlı mütəxəssis 2011-2012-ci illərdə Azərbaycanda “Simurq”u çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti