Qadın jurnalist: "Dedi ki, məni video çəkərkən görüblər"

5 Dekabr 2022 03:20 Hadisə 504
Qadın jurnalist: "Dedi ki, məni video çəkərkən görüblər"

"Daily Mail"in müxbiri Kasrin Batt dünya çempionatının Qana və Uruqvay (0:2) matçından əvvəl stadionun təhlükəsizlik nümayəndələri tərəfindən həbslə hədələnib.

Sportinfo.az xəbər verir ki, Batt bu barədə özü bildirib.

Belə ki, Qanadan olan azarkeşlər təşkilatçıların təqsiri üzündən stadiona buraxılmayıb, bu isə izdihama səbəb olub. Qadın və uşaqlar baş verənlərdən təşvişə düşüblər.

Afrikalı azarkeşlər hasarların üstündən tullanaraq təhlükəsizliyi pozublar. Britaniyalı jurnalist hər şeyi videoya çəkib, redaktora göndərib və stadiona gedib.

Daha sonra o, 8 təhlükəsizlik işçisi tərəfindən mühasirəyə alınıb.

“Niyə saxlandığımla bağlı dəfələrlə verilən suallardan sonra təhlükəsizlik nümayəndələrindən biri dedi ki, məni video çəkərkən görüblər və buna haqqım yoxdur.

Akkreditasiyadan keçmiş jurnalist olduğumu izah etdim və ona akkreditasiyanı elektron şəkildə göstərdim. Amma cavab verdilər ki, əlimdə buraxılış vəsiqəsinin kağız variantı olmalıdır.

Sonra bildirdilər ki, mənim 2 yolum var: ya qeydə alınan videoları silmək, ya da polisə müraciət etmək.

Videonu silməyə razılaşdım, ancaq onlar mənim telefonumu götürdülər və videonu göndərmədiyimdən əmin olmaq üçün elektron poçt qutumu və messenceri yoxlamağa başladılar.

Bəxtim gətirdi ki, redaktora göndərilən mesajları tez silə bilmişdim".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”