
“Qarabağ” və “Neftçi”nın sabiq legioneri Vild-Donald Gerye yenə gündəmə gəlib.
Bu dəfə hansısa intizamsızlığı və ya vurduğu qolla yox, saç düzümü ilə.
Haiti yığmasının müdafiəçisi “Olimpiakos”da (Nikosiya) kürəyində daşıdığı “10” nömrəni başına həkk etdirib.
Daha doğrusu, başının arxasına.
Geryenin bu görkəmini görən dost-tanışları təəccübünü gizlətməyərək ona yeni komandasında uğurlar arzulayıb.
Təcrübəli futbolçu həmin fotonu “instagram” hesabında paylaşaraq “uğura gedən yolda həmişə uğursuzluqlardan keçirsən” sözlərini yazıb.
O, bu sözlərlə çox güman “10 nömrə”yə qayıtmasına işarə vurub.
Vaxtilə ölkəmizdə “Qarabağ”la “Neftçi”nin formasının geyinmiş Vild-Donald Gerye “Qarabağ”ın heyətində çıxış etdiyi dönəmdə Azərbaycan
Premyer Liqasında 43 oyunda 6, avrokuboklarda 33 görüşdə 6 qol vurub. Ölkə kubokunda 7 qarşılaşmanın iştirakçısı olub.
HƏBİB / SPORTİNFO.AZ