UEFA qərar verdi - "Olimpiakos" - "Qarabağ" oyunu ilə bağlı

4 Oktyabr 2022 20:20 Hadisə 2 142
UEFA qərar verdi - "Olimpiakos" - "Qarabağ" oyunu ilə bağlı

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Avropa futbol qurumunun qərarına əsasən, qarşılaşmada "Arema" və "Persebaya" komandaları arasında İndoneziya çempionatının XI tur matçından sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bu, həmçinin Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarına da şamil ediləcək.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti