Bölgə klubunun prezidenti itirdiyi pulları Mərdəkanda necə tapdı? - FOTO FAKT

27 Sentyabr 2022 23:00 Hadisə 1 039
Bölgə klubunun prezidenti itirdiyi pulları Mərdəkanda necə tapdı? - FOTO FAKT

Azərbaycan millisi Millətlər Liqasının sonuncu turunda Qazaxıstan millisini böyük hesabla məğlub edib - 3:0.

Qarşılaşmanı izləyənlər arasında "Turan Tovuz" klubunun prezidenti Oktay Abdullayev olub.

O, "Dalğa Arena"da qələbə ilə bərabər, itirdiyi pulların tapılmasına da sevinib.

Belə ki, klub prezidenti bir neçə gün əvvəl pul qabını itiribmiş.

Bunu tapan şəxs isə futbol sferasına heç də yad olmayan şəxs Şamxal Əliyev olub. Şamxal "Qarabağ"ın ən böyük azarkeş qrupu olan "İmarət"in üzvüdür.

Əliyev pul qabı tapması ilə bağlı sosial şəbəkədə paylaşım edib. Bundan sonra ortaq dost sayəsində Mərdəkandakı arenada Abdullayevlə görüşən "Qarabağ"lı fanat əmanəti klub prezindentinə şəxsən qaytarıb.

Əliyevə təşəkkür edən Oktay bəy onunla xatirə fotosu çəkdirib və Tovuz səfərində mütləq onu tapmasını xahiş edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"