“Tottenhem”in yetirməsi tovuzlular haqda bu sözləri İngiltərə mətbuatına desə...

18 Avqust 2022 16:20 Hadisə 778
“Tottenhem”in yetirməsi tovuzlular haqda bu sözləri İngiltərə mətbuatına desə...

“Bu ilin əvvəlindən Azərbaycanda oynayıram. Tribunada bu qədər azarkeşi ilk dəfə Tovuzda gördüm”.

Bu sözləri “Turan Tovuz”un hücumçusu Natan Oduva Sportinfo.az-a açıqlamasında azarkeşlərlə bağlı danışarkən deyib.

“Tottenhem”in akademiyasında yetişən, “Luton”, “Kolçester”, “Reyncers” kimi komandaların şərəfini qoruyan, İngiltərənin U-17, U-18, U-20 və U-23 millilərinin şərəfini qoruyan ucaboy forvard ötən mövsümün ikinci yarısında “Şamaxı”nın şərəfini qoruyurdu.

Lakin Azərbaycan çempionatında meydana çıxdığı görüşlərin heç birində tribunanı Tovuzdakı qədər “şən” görməyib.

Natan onu təəccübləndirən məqamdan söz açıb:

“Qəbələ” ilə oyunun 25-ci dəqiqəsində azlıqda qaldıq. Hakim oyunu bərpa edən kimi tribunalardan alqış sədaları eşidildi və sona qədər yanımızda olduqlarını göstərdilər.

Bu cür mənzərə ilə hər yerdə rastlaşmaq olmur. Və futbolçu azarkeşdən bu cür sevgi görəndə meydanda ölməyə də hazır olur.

Burada hər kəs futbolla yaşayır. Oyunlarımıza azyaşlılar və yaşlı insanlar gəlir. Ona görə də “Turan Tovuz”da olmaq məni sevindirir”.

Natan Oduva cari mövsümdə meydana çıxdığı 1 oyunda 1 qola imza atıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"