Rusiyadan şok həmlə - Bu əraziləri də ilhaq edə bilər

8 Avqust 2022 15:50 Hadisə 1 016
Rusiyadan şok həmlə - Bu əraziləri də ilhaq edə bilər

Rusiya Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqı ilə bağlı “referendumlar”a hazırlığı sürətləndirə bilər.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ukraynalıların müqaviməti işğalçıları “referendum”la bağlı planlarını daim dəyişməyə məcbur edir. Ukrayna hərbçilərinin əks-hücumu da rusların planlarına təsir edir.

Rusiya hərbçilərinin “evdən-evə” səsvermə keçirməklə Ukraynanın dinc sakinlərini qorxutmağa çalışdıqları bildirilib.

“Evlərdə səsvermənin təşkili partizan hücumlarını məhdudlaşdırır. Kreml gözlənilən yerli dəstəkdən, partizan hücumları riski və bürokratik imkanlardan asılı olaraq müxtəlif yerlərdə səsvermə növləri təşkil edə bilər”, - məlumatda deyilir.

Digər Xəbərlər
Xəbər Lenti