Rus qoşunları çaşqınlıq içində müdafiəyə çəkildi – Mövqe savaşı başladı

29 İyun 2022 19:30 Hadisə 834
Rus qoşunları çaşqınlıq içində müdafiəyə çəkildi – Mövqe savaşı başladı

Artıq Rusiya qoşunları Ukraynanın əksər bölgələrində müdafiə mövqeləri tuturlar. Düşmən fəlakətli durumla üzləşib, bundan sonra nə edəcəyini bilmir.

Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“İrəli getdikcə və ələ keçirdikcə məqsəd və missiyaları vardı. İndi müdafiəyə çəkiliblər, nə məqsədləri, nə də missiyaları bəllidir, çaşqınlıq içindədirlər. Hücumu davam etdirmək üçün lazımi qədər ehtiyatları yoxdur”, - ekspert bildirib.

Bununla belə, Jdanov rus ordusunun əməliyyat fasiləsi və mövqe müharibəsi başlayacağı təqdirdə ehtiyat toplayıb hücumu bərpa etməyə çalışa biləcəyini də istisna etməyib:

“Bir növ rəqabət və yarış ola bilər, yəni kim hücumu bərpa etmək üçün daha sürətli, daha yaxşı və daha çox ehtiyat hazırlayacaq və ya əks hücuma keçəcək. Ancaq belə bir təhlükə də var - ehtiyatların formalaşması və hücumun davam etdirilməsi. Hazırda belə bir təhlükə olmayıb. Ruslar Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata bilmirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi