“Heç qızlar mənə onun qədər ürək emojisi göndərməmişdi”

18 May 2022 18:40 Hadisə 656
“Heç qızlar mənə onun qədər ürək emojisi göndərməmişdi”

UEFA prezidenti Aleksander Çeferin “Roma”nın baş məşqçisi Joze Mourinyonun ona ünvanladığı mesajdan danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Roma”nın Konfrans Liqasının finalına vəsiqə qazanmasından sonra portuqaliyalı mütəxəssisdən mesaj aldığını söyləyib:

“Çoxları Konfrans Liqasına şübhə ilə yanaşırdı. Amma etiraf edirəm ki, heç qızlar mənə bu qədər ürək emojisi göndərməmişdi ki, Mourinyo Roma”nın finala vəsiqə qazanmasından sonra mənə göndərdi.

Joze futbolla yaşayan və ona emosional yanaşan bir insandır.O, klub səviyyəsində bütün turnirləri udub.

İndi isə Mourinyo Konfrans Liqasının ilk qalibi olacaq məşqçi olmağa yaxındır. Bu, onun üçün çox vacibdir. Bütün bunlar turnirin reklamı üçün də əladır”.

Konfrans Liqasının “Roma” - “Feyenoord” finalı mayın 25-i Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı