sas.jpg)
"Bir çoxları Azərbaycan kubokunun finalında baş hakim İnqilab Məmmədovu günahlandırsalar da, "Sabah"ın qələbəsini bununla əlaqələndirmək düzgün deyil.
İnqilab, əslində, "Sabah"ın ilk dəfə Azərbaycan kubokunu qazanmasıdır.
Hakim səhvləri olsa da, bu, "Sabah"ın qələbəsinə kölgə salmamalıdır. Əsas odur, ölkə futbolunda inqilab olsun, futbolumuz inkişaf etsin".
Bu fikirlər “Sportinfo TV”də yayımlanan "Futbol manşet" verilişində Elçin Cəfərovla Ramiz Mirzəzadə tərəfindən səsləndirilib.
Tanınmış jurnalistlər canlı yayım zamanı Azərbaycan kubokunun finalında hakim idarəçiliyinə toxunub, referi İnqilab Məmmədov haqda yarızarafat şərhlər verib, bu fonda diqqətçəkən detallar barədə danışıblar.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN