Premyer Liqa komandasında baş məşqçinin səlahiyyətləri bu şəxsə “ötürüldü” - SON DƏQİQƏ

14:40 Hadisə 1 288
Premyer Liqa komandasında baş məşqçinin səlahiyyətləri bu şəxsə “ötürüldü” - SON DƏQİQƏ

«Karvan»da yeni səlahiyyət bölgüsü aparılıb.

Premyer Liqada ilk dövrəni baş məşqçi kimi keçirən Azər Həşimov artıq kağız üzərindəki «iqtidar»ını itirib.

İndiyədək formal olaraq bui şi görən mütəxəssis indi bu imkanı da əldən verib. Klub rəhbərliyi komandanın idarəetməsini Zaur Hacıyevə tapşırıb.

2024-cü ilin yayında «Qəbələ»dən dəvət olunmuş məşqçi bundan sonra nəticələrə məsuliyyət daşıyacaq.

Yevlax təmsilçisi çempionatın birinci yarısını yaxşı keçirməyib. 14 ildən sonra elitaya dönmüş «sarvanlar» 11 tur ərzində 5 xal toplayıb.

«Karvan» bu xal ehtiyatı ilə turnir cədvəlinin 11-ci pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti