Bu şəxsin AFFA-dan yeni vəzifə almasının xahişini kim edib? - FOTO

15:00 Hadisə 1 691
Bu şəxsin AFFA-dan yeni vəzifə almasının xahişini kim edib? - FOTO

AFFA rəhbərliyinin İslam Abbasava yeni iş verməsindən xəbərdarsız.

Uzun illər əsas millidə rəis postunu tutmuş funksioner təkrar bu sahəyə dönüb.

O, bundan sonra gənclər yığmasında (U-21) eyni vəzifəni icra edəcək.

Saytımız təyinatla bağlı federasiyadan maraqlı məlumat əldə edib.

Qurumdan saytımıza verilən informasiyaya görə, Abbasovun iş tapması icraçı vitse-prezident Sərxan Hacıyevin sayəsində mümkün olub.

Belə ki, o, yaxından tandığı kadrın U-21-də çalışmasına razılıq verməsi üçün AFFA prezidenti Rövşən Nəcəflə baş katib Cahangir Fərəcullayevə müraciət edib.

İ.Abbasovun futboldakı fəaliyyəti əsasən federasiya ilə bağlıdır. Elxan Məmmədovun baş katib olduğu illərdə AFFA-ya ayaq basıb.

Onun ən sevimli kadrlarından biri kimi tanınıb. Məmmədov 2016-cı ildə Abbasovu «Neftçi»yə göndərib.
1 ildən artıq müddətdə paytaxt klubunda rəis səlahiyyətlərini yerinə yetirib. 2018-ci ilin sonunda millidəki işini də itirib.

Amma bu ayrılıq uzun sürməyib, Məmmədov bir neçə ay sonra Abbasovu geri qaytarıb.

SPORTİNFO.AZ

AFFA Elxan Məmmədovun sevimli kadrına yeni vəzifə verdi - FOTO

Digər Xəbərlər
Xəbər Lenti