28 ildən sonra Cəbrayıla gedib, görün, nə tapdı! - FOTOLAR

8 Dekabr 2021 20:00 Hadisə 900
28 ildən sonra Cəbrayıla gedib, görün, nə tapdı! - FOTOLAR

Qarabağ torpaqlarının erməni işğalından azad olunması bir çox məşqçi və futbolçuların üzünü güldürdü.

Onlardan biri də Cavid Hüseynovdur.

Birinci Vətən Müharibəsi zamanı şəhid olmuş atasının qanının yerdə qalmamasına sevinən yığmanın sabiq üzvünün Cəbrayılı nə qədər sevdiyini görmək üçün yaxınlarda yaratdığı klubun adına diqqət etmək kifayətdir.

Hüseynov dığalar üzərində qazanılan qələbədən sonra məhz doğulduğu rayonun adını daşıyan “Cəbrayıl” klubunu təsis etdi ki, həm də məşqçisi olduğu komanda hazırda Region Liqasında mübarizə aparır.

Mövzuya toxunmağımız əbəs deyil. Cavid bir neçə gün əvvəl yaxınları ilə birgə Cəbrayıla səfər edərək kiçik yaşlarında tərk etdiyi rayonun havasını udmaq şərəfinə nail olub.

“Turan”, “İnter”, “Bakı”, “Neftçi”, “Qəbələ” kimi iddialı komandaların formasını geyinmiş sabiq yarımmüdafiəçi səfərlə bağlı təəssüratlarını Sportinfo.az-a açıqlamasında bölüşüb:

“Həyatda ən böyük arzum idi yenidən Cəbrayıla gedib, o müqəddəs torpaqlara ayaq basmaq. Şükürlər olsun ki, Allah bu günü mənə nəsib etdi.

İlk növbədə sevinməyimizə səbəbkar olan şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm.

Cəbrayılı 5 yaşım olanda tərk etsək də, yadımda çox şeylər qalmışdı. Məhəlləmiz, evimizin yerləşdiyi yer, baxçamız – hamısı təxmini yadımdaydı. 28 ildən sonra gedib oraları yenidən gördüm. Uşaqlıq illərim canlandı gözlərimin önündə, ruhum qidalandı.

Gedən kimi evimizi tapıb, ora daxil oldum. Evimiz necə idisə, elə də qalıb. Səfərim ziyarət xarakterli idi.

İnşallah, yaxın gələcəkdə tez-tez gedib-gələrik. Allahın izni ilə klubun işləri ilə əlaqədar Cəbrayıla səfərlərimiz olacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti