Azərbaycandan gedən futbolçular “Traktor”a qələbə qazandırdı - VİDEO

26 Oktyabr 2021 13:40 Hadisə 806
Azərbaycandan gedən futbolçular “Traktor”a qələbə qazandırdı - VİDEO

"Traktor” İran çempionatında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi doğma meydanda “Sanat Naft” ilə qarşılaşıb.

Mövsümə məğlubiyyətlə başlayan "al qurdlar" bu dəfə böyükhesablı qələbə qazanıb – 3:0.

Təbrizlilərin qollarını Azərbaycanda oynamış futbolçular vurub. "Sumqayıt"ın sabiq hücumçusu Peyman Babayi dubl edib. Oyunda son nöqtəni isə "Neftçi"nin eks yarımmüdafiəçisi Saman Nərimancahan qoyub.

“Traktor” iki turdan sonra 3 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti