“Berdiyev Qurbanova uduzdu” – Qazaxıstanda "Qarabağ"dan nə yazırlar?

22 Oktyabr 2021 17:00 Hadisə 1 578
“Berdiyev Qurbanova uduzdu” – Qazaxıstanda "Qarabağ"dan nə yazırlar?

“Qurban Qurbanovla Kurban Berdiyevin heç biri taktiki düzülüşdə yenilik etməmişdi.

Berdiyev ənənəvi üç mərkəz müdafiəçisinə şans vermişdisə, meydan sahibləri “dördlü” müdafiə” sxeminə sadiq qalmışdı”.

Qazaxıstanın məşhur Sports.kz saytında yer alan məqalədə “Kayrat”ın məğlubiyyətini ortaya çıxarmağa çalışan həmkarımız təhlil yazısına bu fikirlərlə başlayıb.

90 dəqiqəyə göz gəzdirən jurnalist, “Qarabağ”ın ikinci hissədə üstün təsir bağışlayıb, ardıcıl 2 qol vurmasını oxuculara Qurbanovun Berdiyev üzərindəki zəfər kimi çatıdırıb:

“Kayrat” ilk hissədəki inamlı oyunu və əldə etdiyi nəticə ilə azarkeşlərinə qələbə ümid verməkdəykən, fasilədən sonra dünya tərsinə fırlandı.

Daha doğrusu, birinci 45 dəqiqədə özündən gənc həmkarını məğlub edən Berdiyev, ikinci yarıda Qurbanova açıq-aşkar uduzdu.

Bu məğlubiyyətdən sonra almatılılar növbəti mərhələyə yüksəlmək şansını heçə endirdi. Premyer Liqa, Çempionlar Liqası, Avroliqa, indi də Konfrans Liqasındakı növbəti uğursuzluq”.

Oktyabrın 21-də Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Bakıda baş tutan görüşdə “Qarabağ” son dəqiqələrdə vurulan qollarla “Kayrat”ı 2:1 hesabı ilə məğlub edib.

SPORTİN FO.AZ

Digər Xəbərlər
Xəbər Lenti