 
            Millimizin hücumçusu Rüstəm Əhmədzadə şəxsi həyatı barədə danışıb.
Sportinfo.az xəbər verir ki, Ukraynada "Minay"ın formasını geyinən 20 yaşlı forvard boş vaxtlarında evdə dincəldiyini deyib:
"Sevgilimlə birlikdə yaşayıram. Hərdən kinoya, harasa gəzməyə gedirik. Bəzən uşaqlarla toplaşıb "Counter Strike" oynayırıq.
Yəqin ki, futbolu seçməsəydim, kiber idmanla məşğul olardım".

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            