
Premyer Liqada debüt edəcək «İmişli» ilk transferinə imza atıb.
I Liqanın gümüş medalçısı olaraq elitaya yüksələn aran təmsilçisi İbrahim Əliyevi sıralarına qatıb.
İmişlinin eyniadlı klubu 1 il əvvəl də xidmətindən yararlandığı yarımmüdafiəçi ilə birillik anlaşıb.
Əliyev son sezonu MOİK-də keçirib. O, liqanın 17-ci turunda «Karvan»a vurduğu möhtəşəm qolla yadda qalıb.
O, 29-cu dəqiqədə künc zərbəsindən havalandırılan topu akrobatik tullanışla Yevlax komandasının qapısından keçirib.
SPORTİNFO.AZ
Həmin qolun videosunu təqdim edirik: