“Qarabağ”lı legionerlər “Zirə”nin hücumçusuna qarşı - 1:1

02:40 Hadisə 677
“Qarabağ”lı legionerlər “Zirə”nin hücumçusuna qarşı - 1:1

Gürcüstan millisi ardıcıl dördüncü qələbəsini qazanmaq şansını qaçırıb.

Sportinfo.az xəbər verir ki, gürcülər yoldaşlıq görüşündə Kabo Verde komandası ilə heç-heçə ediblər - 1:1.

PSJ ilə Çempionlar Liqasının qalibi Xviça Kvaratsxeliyanın çıxış etmədiyi oyunda meydan sahibləri birinci hissənin sonunda hesabı açsalar da, 80-ci dəqiqədə penaltidən qol buraxıblar.

"Zirə"nin gürcü hücumçusu Davit Volkov 54-cü dəqiqədə oyuna daxil olub.

"Qarabağ"lılar - 15 qolla Azərbaycan çempionatının bombardiri olan Leandro Andrade sonuncu dəfə 2023-cü ildə, Patrik Andrade isə 2024-cü ildə Kabo Verde millisinin formasını geyiniblər.

Gürcüstan millisi bundan əvvəlki üç matçında Ermənistana 3:0 və 6:1, bu ay Farer adaları komandasına isə 1:0 hesabı ilə qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti