Bu şəhər ev sahibliyi edəcək

21 İyul 2021 23:40 Hadisə 371
Bu şəhər ev sahibliyi edəcək

2032-ci ildə Yay Olimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyanın paytaxtı Tokioda keçirilən sessiyasında qərar qəbul olunub.

Avstraliya üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Belə ki, 1956-cı ildə Olimpiada Melburn, 2000-ci ildə isə Sidneydə təşkil olunub.

2024-cü ildə Yay Olimpiya Oyunlarına Paris, 2028-ci ildə isə Los-Anceles şəhərləri ev sahibliyi edəcək.

"Tokio-2020” Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Azərbaycanı yarışda 44 idmançı təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti