“Onun şəxsi həyatı ilə bağlı problemi olub”

22 İyun 2021 23:20 Hadisə 1 172
“Onun şəxsi həyatı ilə bağlı problemi olub”

"Mariya Stadnikin şəxsi həyatı ilə bağlı problemi olub. Göy-Göldə yaxşı hazırlıq keçib, hazırda əla formadadır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev Tokio-2020-yə lisenziya qazanmış qadın güləşçi Mariya Stadnik barədə danışarkən deyib.

Federasiya rəhbəri 50 kq çəki dərəcəsində çıxış edən idmançının güləşi atmaq istəməsindən xəbərsiz olduğunu bildirib:

"Onun güləşi atmaq istəyini sizdən eşidirəm. Polşada çox rahat çempion oldu. Yüksək səviyyədə iştirak etdi. Hesab edirəm ki, olimpiadada hamımızı sevindirəcək".

Mariya Stadnik 8-ci dəfə Avropa çempionu olduqdan sonra "Report"a müsahibəsində bir ara, ümumiyyətlə, güləşmək istəmədiyini bildirib. Lakin o, konkret səbəb açıqlamayıb.

Digər Xəbərlər
Xəbər Lenti