Futbolçulardan masadakı içki şüşələrinə toxunmamağı tələb etdi - UEFA

21 İyun 2021 21:40 Hadisə 1 034
Futbolçulardan masadakı içki şüşələrinə toxunmamağı tələb etdi - UEFA

UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.

O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo mətbuat konfransı zamanı masa üzərindəki “Coca Cola” şüşələrini kənara çəkib.

Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.

Digər Xəbərlər
Xəbər Lenti