İinsandan heyvana sürətlə keçən koronavirus növü aşkarlandı

18 May 2021 15:30 Hadisə 778
İinsandan heyvana sürətlə keçən koronavirus növü aşkarlandı

Şimali Kiprdə pişikdə sahibinin koronavirusa yoluxmasından 10 gün sonra bu xəstəliyin simptomları aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, hadisə Kipirin Yaxın Şərq Universitetinin Təcrübə Tibbi Elmlər İnstitutu tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib.

Mütəxəssislər virusun qısa müddətdə sürətlə insandan heyvana keçməsindən narahatlıqlarını bildiriblər.

Qeyd edilib ki, əvvəlki araşdırmaların nəticələrinə görə ev heyvanları yalnız 3-6 həftə ərzində insandan koronavirusa yoluxa bilər.

Sözügedən pişiyin yoluxduğu “Britaniya ştamm”ı koronavirusun orijinal versiyası ilə müqayisədə daha sürətli formasıdır. Heyvanın görməsində və ürəyin fəaliyyətində problem yaranıb. Tədricən klinik simptomların özünü büruzə verdiyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!