Ermənistanda bu dəfə qadınlar etiraz aksiyası keçirdi - VİDEO

7 Aprel 14:30 Hadisə 250
Ermənistanda bu dəfə qadınlar etiraz aksiyası keçirdi - VİDEO

Əksəriyyəti “Veto” hərəkatının üzvü olan bir neçə qadın İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyası təşkil edib.

Sportinfo.az xəbər verir ki, aksiyada polis və etirazçılar arasında qarşıdurma yaşanıb.

Etirazçılar yürüşə Şarl Aznavur meydanından başlayaraq Respublika Meydanında yerləşən hökumət binasının qarşısında dayanıblar.

İştirakçılar polis kordonunu qıraraq hökumət binasına girməyə çalışsalar da, buna müvəffəq olmayıblar.

Daha sonra nümayişçilər polisə və hökumət binasına yumurta atmağa başlayıblar. Təhlükəsizlik qüvvələri aktivistləri saxlamağa başlayıb.

2020-ci ilin noyabrın 9-da Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə mütəmadi etiraz aksiyaları keçirilir.***

Etiraz mitinqinin keçirildiyi Respublika Meydanında 15 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion