Koçaryan və Sarkisyan Azərbaycana təhvil verilir – POLİTOLOQDAN ŞOK AÇIQLAMA

6 Mart 2021 10:30 Hadisə 1 400
Koçaryan və Sarkisyan Azərbaycana təhvil verilir – POLİTOLOQDAN ŞOK AÇIQLAMA

“Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqqında qaldırdığı vəsadəti imzalayacaq.

Bununla da Paşinyanın müxalifət üzərində qələbəsi möhkəmlənəcək”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov səsləndirib.

Politoloq qeyd edib ki, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmamasından Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan narahatdırlar və bu başa düşüləndir:

“Çünki Paşinyan hakimiyyətə gələndə onun hədəfində olan və siyasi səhnədən uzaqlaşdırmağa söz verdiyi şəxslər arasında bu iki adamın adı öndədir. Buna görə də Rusiyanın israrlı tələblərinə baxmayaraq Nikol Paşinyan, Koçaryan və Sarkisyan haqqında başlanan cinayət işinə xitam vermədi və onlar ətrafında istintaq hərəkətləri hələ də davam etdirilir”.

Əlimusa İbrahimovun sözlərinə görə, müxalifətin hücumlarının və küçə yürüşlərinin qarşısı alındıqdan sonra sabiq prezidentlər haqqında ölçü götürmək Paşinyan üçün prioritet məsələ olacaq: “Onların hakimiyyətə yolunu birdəfəlik bağlamaqla Nikol bir neçə siyasi məsələni həll etmiş olur: “Rusiyanın Ermənistanda dayaqlarına ciddi zərbə vurulur; Qarabağ klanı hakimiyyətdən tamamilə uzaqlaşdırılır; Qarabağ mövzusundan hakimiyyətə gəlmək üçün istifadə edənlərin ən böyük arqumentləri və dayaqları məhv edilir; Türkiyə və Azərbaycanla siyasi və iqtisadi əlaqələrin qurulması yolunda maneələrin böyük bir hissəsi dəf edilir. Robert Koçaryan və Serj Sarkisyanın susdurulması üçün Paşinyanın hansı vasitələrdən istifadə edəcəyini indidən söyləmək mümkün deyil. Amma onun əlində Azərbaycan hüquq mühafizə orqanlarının bu iki Xocalı cəlladına qarşı qaldırdığı cinayət işi kimi çox ciddi bir silah da var. Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra təbii ki, iki ölkə bu sahədə əməkdaşlıq edəcək. Azərbaycan öz vətəndaşlarının qanını axıdan qatilləri ədalət məhkəməsinə çəkmək üçün onları Ermənistandan tələb edəcək”.

Ermənistan təklənir

Politoloq Koçaryan və Sarkisyanın günahsız insanların qatili kimi Azərbaycana təhvil verilməsinin yaxın gələcəkdə baş tutacaq reallıq hesab edib: “Bu hərəkəti ilə Paşinyan Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq istiqamətində uğurlu addım atar, Türkiyə və Azərbaycanın potensialından istifadə edərək Ermənistanın iqtisadi vəziyyətini düzəldər, eləcə də erməni xalqına vermiş olduğu vədləri yerinə yetirər. Məhz Azərbaycan türmələrində çürümək qorxusu bu gün Koçaryan və Sarkisyanı Paşinyana qarşı birləşməyə məcbur edir. Bu iki eks prezidentin arxasında kifayət qədər qüvvə mövcud deyil və onlar özləri də hakimiyyətə yaxın buraxılmayacaqlarını əvvəldən bilirlər. Sadəcə onlar sehirli çubuğa- Rusiyaya ümid edirdilər. Rusiya isə hələ də Paşinyanı sındıra bilmir. İlk baxışdan cılız və köməksiz görünən Paşinyan həqiqətdə Rusiyanın boğazında ilişən kal armud kimidir. Nə uda bilir, nə də çıxara… Beləliklə, yaxın gələcəkdə Robert Koçaryan, Serj Sarkisyanın Azərbaycan türmələrinin sakinlərinə çevriləcəklərinə hadisələrin real inkişafı kimi baxmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!