“Yuventus”un keçmiş hücumçusunu aldılar - Bakıya gələcək

03:50 Hadisə 720
“Yuventus”un keçmiş hücumçusunu aldılar - Bakıya gələcək

“Araz-Naxçıvan”nı Konfrans Liqasının II təsnifat məhələsindəki rəqibi “Aris” daha bir futbolçu ilə heyətini gücləndirib.

Sportinfo.az xəbər verir ki, Yunanıstan klubu Noah Fadiqadan sonra Yunanıstan millisinin sabiq hücumçusu Anastasios Donislə anlaşıb.

APOEL-dən yenicə ayrılan 28 yaşlı ön xətt oyunçusu Saloniki təmsilçisi ilə hərtərəfli razılığa gəlib.

Hazırda Salonikidə olan keçmiş “Yuventus”lu tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.

“Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab matçını isə 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti