Üç aydır komada olan məşqçi üçün həkimlər nə deyir?

28 Yanvar 2021 09:40 Hadisə 1 764
Üç aydır komada olan məşqçi üçün həkimlər nə deyir?

Üç aydır komada olan Qəhrəman Əliyevin sağlıq durumundan yeni xəbər var.

Məşqçinin qohumlarının Sportinfo.az-a verdiyi məlumata görə, onun yaxın günlərdə Masallıda xəstəxanadan çıxarılması planlaşdırılır.

Düzdür. 61 yaşlı mütəxəssis hələ komadan ayılayıb, amma həkimlər müalicə prosesinin ev şəraitində davam etdirilməsini məsləhət görür. Bu da Əliyevin bədəninin öncəki həfiələrə və günlərə nisbətən daha sürətli reablitasiya olmasıyla əlaqədardır.

Belə ki, pasiyentin ağciyəri koronavirus simptomlarından tamamilə təmizlənib. Uzun müddət hərəkətsiz qalması səbəbindən kürək və ayaq nahiyəsində yaranan yaralar sağalıb.

Artıq «borucuq» da ağız nahiyəsindən çıxarılıb. Gündə 2 dəfə fizioterapiya olunan məşqçi süni nəfəsalma apparatı olmadan nəfəs ala və udquna bilir.

Həkimlərin bildirdiyinə görə, xəstənin komadan ayılması bir qədər zaman alacaq. Bu, qarşıdakı 5-10 gün ərzində də baş verə bilər, bir neçə həftə sonra da.

İndi digər vacib məsələ insultun miqyasını müəyyənləşdirməkdir. Beyninə qan sızan Əliyevin müayinəsi üçün Bakıdan professor dəvət olunub. Onun diaqnozuna əsasən, ümumi vəziyyəti qiymətləndiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!