Sosial şəbəkələrdə təxribat xəbərləri yayanlara xəbərdarlıq edilib

25 Yanvar 2021 15:30 Hadisə 1 433
Sosial şəbəkələrdə təxribat xəbərləri yayanlara xəbərdarlıq edilib

“Sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 2 şəxsə xəbərdarlıq edilib”.

Sportinfo.az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, 2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 39 şəxs cinayət başında yaxalanıb, hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanıb.

Sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!