"Bu sənədrlər Rusiyanın əlindədir, tərəfdaşlar bunu başa düşürlər"

24 Oktyabr 2023 03:20 Gündəm 1 955
"Bu sənədrlər Rusiyanın əlindədir, tərəfdaşlar bunu başa düşürlər"

“Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub. İndi tərəflərə münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atılmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra deyib.

Lavrov onu da bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır:

“Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyanın əlindədir. Tərəfdaşlar bunu başa düşürlər. Biz bundan böyük nəticə çıxarmağa çalışmırıq. İstəsələr, Brüsseldə şanslarını sınasınlar, amma biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var