“Regional sülh Azərbaycan və Ermənistan arasındakı sülh sazişindən keçəcək”

24 Oktyabr 2023 03:10 Gündəm 1 222
“Regional sülh Azərbaycan və Ermənistan arasındakı sülh sazişindən keçəcək”

“Regional sülh və sabitliyə aparan yol Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişindən keçəcək”.

Bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Tehranda “3+3” formatında keçirilən xarici işlər nazirlərinin görüşündə bildirib.

O, regional nəqliyyat əlaqələrinin açılmasının normallaşma və sülh proseslərini sürətləndirəcəyini vurğulayıb:

“Türkiyə davamlı sülhü təmin etmək üçün regional problemlərin dialoq yolu ilə həllinin tərəfdarıdır. Bu formalaşma həm də beynəlxalq ictimaiyyətə region ölkələrinin öz problemlərini həll edə biləcəyini göstərmək baxımından əhəmiyyətlidir. Sevindirici haldır ki, regionda əməkdaşlıq və dostluq qarşısındakı maneələr aradan qaldırılıb”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var