Artıq Balasanyan da həbs edildi: separatçılar niyə “təmizlənir”?

26 Oktyabr 2023 03:50 Gündəm 1 380
Artıq Balasanyan da həbs edildi: separatçılar niyə “təmizlənir”?

"İrəvanda erməni separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı cinayət işinin açılması qanunsuz silah saxlama maddəsi ilə əlaqələndirilsə də, həbs səbəbi siyasi amillə əlaqəli ola bilər".

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, Baş nazir Nikol Paşinyan Ermənistana köçən bir qrup separatçıya göz dağı vermək istəyir:

“Bəlli olub ki, Qarabağdan Ermənistana köçən ermənilərin bir qismində silah aşkarlanıb. Bu silahların gələcəkdə hakimiyyətə qarşı yönəlməməsi üçün Paşinyan böyük ehtimalla separatçıların liderlərini nəzarətə götürmək əmrini verib. Açılan cinayət işləri separatçıları Paşinyana qarşı gələcək addımlardan çəkindirməlidir. Nikol Paşinyan Qarabağ ermənilərinin mütləq əksəriyyətini İrəvana buraxmamaqla, ucqar şəhər, qəsəbə və kəndlərdə yerləşdirməklə doğru gediş edib. Qarabağ erməniləri bu vəziyyətdə Ermənistanın radikal müxalifətinə güc qata bilməyəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var