Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi verəcək

26 Yanvar 2024 08:10 Gündəm 1 063
Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi verəcək

Ermənistan yaxın günlərdə Azərbaycana 8 yeni mina xəritəsi təhvil verəcək.

Bununla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb:

“Qarabağda minalanmış sahələr haqqında məlumatların yer aldığı səkkiz yeni xəritə müəyyən edilib. Məlumat hərbçilər arasında keçirilən sorğu nəticəsində əldə edilib”.

Bildirilib ki, Ermənistan tərəfi 2021-ci ilin 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina sahəsi formulyarı Azərbaycan nümayəndələrinə təhvil verib.

Xəritələr yaxın günlərdə Azərbaycan tərəfinə, surətləri isə Ermənistanın beynəlxalq tərəfdaşlarına veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti