Mahir Emrelinin transferi açıqlandı – 1 illik MÜQAVİLƏ

6 Avqust 2024 17:20 Gündəm 1 237
Mahir Emrelinin transferi açıqlandı – 1 illik MÜQAVİLƏ

"Nürnberq" Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunda artırıla bilər.

M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi