Müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır - Respublikamızda

25 May 2024 18:50 Gündəm 574
Müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır - Respublikamızda

Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 6 421 milyon manatdan 7 126,35 milyon manata çatdırılması nəzərdə tutulub.

Bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manatdan (11,0 faiz) çox artırılır.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM