COP29

Orada bir kənd var, uzaqda... FOTOREPORTAJ

29 Fevral 17:30 Gündəm 285
Orada bir kənd var, uzaqda... FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün Laçın şəhərinə və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, köç karvanı artıq Laçın rayonuna çatıb.

Qeyd olunub ki, Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarları verilib.

Bildirilib ki, köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Prezidentin göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində 211 ailə, 808 nəfərin daimi məskunlaşması təmin edilib.









Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"