Barmaq izi və ya PIN koddan istifadə edərək… "Vatsap"dan yeni unksiya

31 Yanvar 2024 15:30 Gündəm 474
Barmaq izi və ya PIN koddan istifadə edərək…

Vatsap tətbiqi iOS əməliyyat sistemində smartfonlar üçün yeni funksiya təqdim edəcək. Bu funksiya sizə Face ID (üz skanı), Touch ID (barmaq izi) və ya PIN koddan istifadə edərək proqrama daxil olmağa imkan verəcək.

Bildirilib ki, funksiya hələ sınaqdan keçirilir və gələcək proqram yeniləmələrində iOS-da əlçatan olacaq.

O, istifadəçiləri altırəqəmli kodu daxil etmək məcburiyyətindən xilas etmək üçün messencerə giriş sistemini sadələşdirmək üçün hazırlanır.

Onlar mövcud autentifikasiya vasitələrindən istifadə edə biləcəklər. Funksiya istəyə bağlıdır və proqram parametrləri vasitəsilə söndürülə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu