Ordumuzun Kəlbəcər və Laçındakı hərbi hissələrindən VİDEO yayıldı

31 Yanvar 2024 13:50 Gündəm 492
Ordumuzun Kəlbəcər və Laçındakı hərbi hissələrindən VİDEO yayıldı

Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq ərazilərində dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin fasiləsiz təşkili məqsədilə həyata keçirilən zəruri tədbirlər davam edir.

Bu barədə Müdafiə Nazirliyindən (MN) verilən məlumatda bildirilib.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində rabitə və kommunikasiya xətlərinin sərt iqlim şəraitində daim işlək vəziyyətdə saxlanılması və bölmələrin hərtərəfli təminatının fasiləsiz həyata keçirilməsi məqsədilə yolların qar örtüyündən təmizlənməsi prosesi növbəli şəkildə sutkaboyu icra olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu