Musa Qurbanlı Türkiyə yığmasının hücumçusu ilə "döyüşəcək"

30 Yanvar 2024 13:40 Gündəm 2 830
Musa Qurbanlı Türkiyə yığmasının hücumçusu ilə "döyüşəcək"

Musa Qurbanlı “Yurqorden”də türkiyəli hücumçu Dəniz Hümmətlə rəqabət aparacaq.

Sportinfo.az xəbər verir ki, Stokholm təmsilçisi 27 yaşlı forvardla müqavilə bağlamağa hazırlaşır.

Ölkənin digər komandası “Kalmar”dan ayrılan Türkiyənin gənclər millisinin sabiq üzvü yeni klubuna azad agent kimi keçəcək.

İsveç mətbuatı “Yurqorden”də hücumun mərkəzində yer almaq uğrunda Hümmətlə Qurbanlı arasında rəqabət olacağını yazıb.

Çünki gənc hücumçu Noel Milleskoq komandanı tərk etməyə hazırlaşır. 21 yaşlı oyunçu İsveçin digər klubu “Sirius”la ilkin razılığa gəlib.

“Yurqorden”in idman meneceri Bosse Andersson da transferin tezliklə reallaşacağını istisna etməyib.

İsveç yüksək liqasında yeni mövsüm martın 30-da başlayacaq. “Yurqorden” ilk oyununu aprelin 1-də “Göteborq”a qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!