Qarabağ müharibəsində tətbiq olunan qadağanı ləğv edir

30 Yanvar 2024 13:50 Gündəm 766
Qarabağ müharibəsində tətbiq olunan qadağanı ləğv edir

Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları (“Bayraktar” - Qeyd) üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldırır.

Bu barədə “Reuters” məlumat yayıb.

Yanvarın əvvəlində tərəflər razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesini nəhayət başa vurduqdan sonra ixrac bərpa edilməlidir.

Ottava həmçinin Kanada komponentləri ilə türk PUA-larının istifadəsi ilə bağlı daha çox şəffaflıq tələb edib.

Kanada bu qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu