"Mənə dedilər ki, bu pasportla Azərbaycanda oynaya bilməzsən"

28 Yanvar 2024 02:00 Gündəm 4 283
"Mənə dedilər ki, bu pasportla Azərbaycanda oynaya bilməzsən"

"Tirana"da olduğu zaman “Neftçi”, “Qarabağ”, “Sabah” ilə adı hallanan Florent Hasani Rumıniyaya yollanıb. Kosovolu forvardın Azərbaycana gəlişi baş tutmadığı üçün "Rapid"lə anlaşıb.

Sportinfo.az xəbər verir ki, o, sportal.az-a açıqlamasında Azərbaycan Premyer Liqasında oynaya bilməməsini maliyyə ilə yox, sənəd məsələləri ilə əlaqələndirib:

"Bəli, Azərbaycandan təkliflərim var idi. Maliyyə məsələlərində heç bir problem yox idi.

Sadəcə, sənəd problemi yaşandı. Məndə yalnız Kosovo pasportudur.

Bununla isə Azərbaycanda oynaya bilməyəcəyimi dedilər. Doğrudur, həmyerlilərimin çoxunun Albaniya vətəndaşlığı da var və Azərbaycanda onunla oynamaq olardı.

Məndə isə Albaniya vətəndaşlığı yoxdur, gələcəkdə onu alsam, Azərbaycana gəlməyim baş tuta bilər.

Amma indiki məqamda “Rapid”lə anlaşdım və Rumıniyada pasport problemi olmadığı üçün burada oynayacam".

26 yaşlı hücumçu “Tirana”da birlikdə oynadığı “Qarabağ”ın futbolçusu Redon Cica haqda da fikirlərini bildirib:

"Cicanın səviyyəsi var. O, daimi oynamaq üçün daha çox məşq edəcək.

Əla futbolçudur. Xeyr, məncə, Redon Albaniyaya geri qayıtmayacaq.

Geri qayıtmaq Cica üçün yaxşı variant deyil. İşləyib, səbr etmək lazımdır, onun da zamanı gələcək".

Hasani 2019-cu ildən Kosovo millisinin üzvüdür. O, 8 matçda 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu