Vüqar Əsgərlinin işsiz günləri başa çatmaq üzrədir.
"Pro" kateqoriyalı məşqçinin xidmətində Premyer Liqada mübarizə aparan klublardan biri maraqlıdır.
Əsgərli həmin komandanın baş məşqçisi ilə söhbət edib, köməkçi qismində ona yardım etməyə hazır olduğunu bildirib.
Əslində, əməkdaşlıq bu ayın əvvəlində rəsmiləşməliydi. Ortada maliyyə söhbəti var. 39 yaşlı mütəxəssis maliyyə şərtlərini qarşı tərəfə bildirib.

Rəhbərlik sonradan büdcə məsələsində sıxıntı olmasın deyə, götür-qoy edir.
Klubdakı əsas adam okey versə, Vüqar bəylə yaxın bir həftə ərzində müqavilə bağlayacaq.
Vüqar Əsgərli ötən mövsüm Premyer Liqada mübarizə aparan “Şamaxı”da çalışıb. Cari mövsümə də bölgə təmsilçisində başlasa da, komandanın uğursuz nəticələrinə görə noyabrda istefa verib.
HƏBİB / SPORTİNFO.AZ

