AFFA-nın yeni prezidenti… Seçkinin vaxtı ertələndi – SON DƏQİQƏ

22 Yanvar 2024 10:40 Gündəm 4 961
AFFA-nın yeni prezidenti… Seçkinin vaxtı ertələndi – SON DƏQİQƏ

AFFA-nın növbəti Hesabat-seçki konfransının vaxtı dəyişib.

Federasiya prezidenti postuna seçkilər, əvvəlcədən nəzərdə tutulduğu kimi, martın 5-6 aralığında keçirilməyəcək.

Tədbir gələn ayın 20-dən sonra təşkil olunacaq. Ertələnmənin səbəbi açıqlanmır. Burada əsas məsələ prezxident seçimidir.

Güman edə bilərik ki, konfransın martın üçüncü yarısına qalması yeni prezidentin kimliyinin hələ də müəyyənləşməməsi ilə bağlıdır.

Rövnəq Abdullayev son 4 seçkini təkbaşına qazanıb. 2008-ci ildə AFFA-nın başına gələn «Neftçi»nin sabiq başqanının növbəti səsverməyə qatılıb-qatılmayacağı maraqla gözlənilməkdədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti