“Şuşada ASAN xidmətin açılması üçün hazırlıq işləri davam edir”.
Bunu jurnalistlərə açıqlamasında “ASAN xidmət”in rəhbəri Ülvi Mehtiyev deyib.
Xidmət rəhbəri qeyd edib ki, gələcəkdə digər azad olunmuş ərazilərdə, o cümlədən Ağdam, Cəbrayıl, Laçında da “ASAN xidmət” mərkəzləri açılacaq.

