“Mən Bakıda olanda xanımımı gecə klubuna da aparmışam, tək getməmişəm”

19 Yanvar 2024 21:00 Gündəm 863
“Mən Bakıda olanda xanımımı gecə klubuna da aparmışam, tək getməmişəm”

“Azərbaycana ilk gəldiyim aylarda yeni idim, heç kimi, heç yeri tanımırdım”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında fransalı hücumçu Baqali Dabo deyib.

2018-2022-ci illəri Azərbaycanda keçirmiş, bu müddətdə öncə “Qəbələ”nin, sonra “Neftçi”nin formasını geyinmiş legioner haqqında yayılmış iddialara münasibət bildirib.

Belə ki, onun Azərbaycanda oynadığı dönəmdə gecə həyatına və əyləncəyə meyilli olduğu deyilir. Bunlar olmasaydı, bəlkə də daha artığını edə bilərdi.

Görəsən, 36 yaşlı forvard bu fikirlərlə razıdır? Səbəbkarı dinləyək:

“Azərbaycanda olanda ingiliscə düz-əməlli danışa bilmirdim ki, kiminləsə ünsiyyət qurum. Harasa gəzməyə çıxanda belə, David Pietrzkieviç, Voislav Stankoviç, Rafael Santosla gedirdim.

Baş çəkdiyimiz yerlər normal restoranlar, kofe məkanları, butiklər idi. Sonrakı dönəmdə isə həyat yoldaşım yanımda olub.

Hər yerə, hətta gecə klubuna da birlikdə gedirdik. Tək olmamışam.

Gecə həyatına qurşansaydım, meydanda gördüyünüz Dabo olmazdım” (gülür).

Dabo ölkəmizdə top qovduğu 4 ildə bütün yarışlar nəzərə alınmaqla meydana çıxdığı 109 matçda 49 (“Qəbələ”- 26, “Neftçi” - 23) qol və 12 (“Qəbələ” – 5, “Neftçi” - 7) məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti