Azərbaycanda lazım olmadı, Cənubi Koreyaya getdi - FOTO

18 Yanvar 2024 16:40 Gündəm 798
Azərbaycanda lazım olmadı, Cənubi Koreyaya getdi - FOTO

“Turan Tovuz”un sabiq hücumçusu karyerasını Asiya ölkəsində davam etdirəcək.

İngiltərəli Natan Oduva Cənubi Koreyanın “Çunqbuk Çeonqju” ilə 1, 5 illik müqavilə bağlayıb.

Ötən yay qərb təmsilçisindən ayrılandan sonra karyerasını Azərbaycanda davam etdirəcəyi deyilən 27 yaşlı vingerə maraq olmamışdı.

Belədə, o, son 7 ayı klubsuz qalmışdı.

Oduva 2022-ci ilin yanvarından mayına qədər “Şamaxı”nın, 2022-ci ilin iyulundan 2023-cü ilin mayına qədər “Turan Tovuz”un şərəfini qoruyub.

O, Azərbaycanda top qovduğu ilyarımda 39 oyunda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti