"Neftçi"nin sabiq prezidentinə YÜKSƏK VƏZİFƏ VERİLİR - SON DƏQİQƏ

15 Dekabr 2023 17:20 Gündəm 5 856
"Neftçi"nin sabiq prezidentinə YÜKSƏK VƏZİFƏ VERİLİR - SON DƏQİQƏ

Yayda «Neftçi»nin prezidenti postundan ayrılan Kamran Quliyev yenidən futbol sferasına dönə bilər.

Bununla bağlı redaksiyamıza şok məlumat daxil olub.

AFFA-dan verilən informasiyaya görə, keçmiş klub idarəçisinin federasiyaya qayıtması gündəmdədir. Qurumun prezidenti Rövnəq Abdullayev Kamran Quliyevə AFFA-da yüksək vəzifə verilməsi barədə ona edilmiş müraciətə müsbət yanaşıb.

Yaxın günlərdə tərəflərin bununla əlaqədar bir araya gəlməsi gözlənilir.

Quliyev futbolda ilk addamlarını AFFA-da atıb. Ovaxtkı baş katib Elxan Məmmədovun təklifi ilə sözügedən təşkilatda işə başlayıb, müxtəlif departamentlərdə çalışıb.

Daha sonra «Sumqayıt»a təyinat alıb. 2018-ci ilin əvvəlinədək «kimyaçılar»ın prezidenti funnksiyasını yerinə yetirib.

Elə buradan da «Neftçi»yə yollanıb, 2023-cü il, 24 iyulda istefaya göndərilib. «Ağ-qaralar» onun dövründə ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti