Dekabrın 15-də gözlənilən hava şəraiti - 10° şaxta gözlənilir

15 Dekabr 2023 08:00 Gündəm 484
Dekabrın 15-də gözlənilən hava şəraiti - 10° şaxta gözlənilir

Dekabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti