Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah “Hekken”lə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumundan danışıb.
O, bildirib ki, mərkəzi arenanın meydançası yaxşı vəziyyətdədir:
“Hər şey qaydasındadır. Bakıda nadir hallarda güclü yağışlar olur. Meydançada dəyişiklik olub.
Bayaq gəzdim, baxdım. Əsl futbol havasıdır, əsl futbol göstərəsi meydançadır. Yaxşı oyun göstərmək üçün hər şey qaydasındadır".
u gün keçiriləcək “Qarabağ” – “Hekken” matçı saat 21:45-də başlayacaq.

