PFL prezidentindən Xankəndi açıqlaması: "Çox yaxın zamanda..."

6 Dekabr 2023 14:40 Gündəm 1 404
PFL prezidentindən Xankəndi açıqlaması: "Çox yaxın zamanda..."

Dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - MOİK oyununun Xankəndi şəhər stadionunda keçiriləcəyi barədə məlumatı ilk dəfə biz vermişdik.

Artıq görüşün keçirilməli olduğu tarixə çox az qalıb.

Əldə etdiyimiz bilgilərə görə, həm klublar, həm də təşkilatçılar məlum qarşılaşmaya hazırlaşır.

Maraqlıdır, hələ də ictimaiyyətin böyük maraqla gözlədiyi həmin günlə bağlı rəsmi açıqlama yoxdur.

Görəsən, məsələ ilə bağlı son vəziyyət necədir?

Sorğumuza cavab olaraq Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Sportinfo.az-a bunları dedi:

"Bu barədə çox geniş danışa bilməyəcəm. Bir qədər gözləyək.

Çox yaxın zamanda Xankəndidə oyunun keçirilib-keçirilməməsi bardə məlumat açıqlanacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var